Fatih Terimdən “Qalatasaray”a dönüş mesajı


“Qalatasaray”ın keçmiş baş məşqçisi Fatih Terim yenidən klubda vəzifə alma ehtimalı ilə bağlı danışıb.
AZERFAX.AZ xəbər verir ki, Terim şəxsi “YouTube” kanalında bu mövzuya toxunaraq “Qalatasaray”ın hər zaman onun həyatının bir parçası olduğunu bildirib. ““Qalatasaray”ın məşqçisi ol, “Qalatasaray”ın prezidenti ol” çağırışlarına münasibət bildirən Fatih Terim, özünü onsuz da klubun bir parçası hesab etdiyini vurğulayıb. Terim klubda vaxtilə futbolçusu olmuş Okan Burukun da böyük uğurlara imza atdığını qeyd edib. O, Burukun həm “Qalatasaray”da, həm də başqa klubda çempionluq qazandığını xatırladaraq ona böyük hörmət bəslədiyini deyib. Keçmiş məşqçi “Qalatasaray” prezidenti Dursun Özbekin də kluba böyük xidmətlər göstərdiyini bildirib.
Qeyd edək ki, “Trabzonspor”a 0-4 hesablı məğlubiyyətdən sonra bəzi dairələr Okan Burukun istefasını irəli sürüb.



