Ölkə

Gəncədə güclü yağış küçəni keçilməz hala saldı

Azərbaycanda yağan güclü yağış bölgələrdə fəsadlar yaratmaqda davam edir.

AZERFAX.AZ-ın bölgə müxbirinin verdiyi məlumata görə, Gəncə şəhərində də intensiv yağış nəticəsində bir sıra çətinliklər yaranıb.

Belə ki, gecə saatlarından yağmağa başlayan yağış şəhərin Məhsəti qəsəbəsinin Müşviq Adıgözəlov küçəsində yağış suları nəticəsində tamamilə ilə keçilməz hala düşüb. Yağış sularının artıq evə dolmaq təhlükəsi də var. Yerli sakinlərin sözlərinə görə, sözügedən bu küçədə problem artıq 3 ilə yaxındır ki, mövcuddur.

Qeyd edək ki, hazırda bölgədə yağışlı hava şəraiti davam edir.

Related Articles

Bir cavab yazın

Back to top button