Ölkə

Göyçayda 57 yaşlı kişi xilas edildi

Göyçay rayonunun Potu kəndində kanala yıxılan 57 yaşlı şəxs xilas edilib.

AZERFAX.AZ-ın bölgə müxbirinin verdiyi məlumata görə, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, nazirliyin “112” qaynar telefon xəttinə Göyçay çayının rayonun Potu kəndindən keçən hissəsində bir vətəndaşın çaya yıxılaraq təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar olaraq dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunublar.

Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində vətəndaş, 1969-cu il təvəllüdlü Gündüz Şükür oğlu Məmmədov xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Davud Tarverdiyev / AZERFAX.AZ

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button