Ölkə
Göyçayda ağır qəza – 4 nəfər xəsarət aldı


Göyçayda 4 nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol qəzası baş verib.
AZERFAX.AZ-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
“VAZ-2107”, “VAZ-2105” və “Hyundai Sonata” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları da cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.



