Göyçayda örüş sahəsi yandı


Göyçay rayonunda geniş ərazini əhatə edən yanğın baş verib.
AZERFAX.AZ Report-a istinadən xəbər verir ki, yanğın ilkin olaraq rayonun Qaraməryəm kəndi ərazisində başlayıb, daha sonra güclü küləyin təsiri ilə yaxın kəndlər istiqamətində yayılıb.
Alov qısa müddətdə geniş ərazini bürüyərək dağlıq və düzənlik sahələrdə yerləşən hektarlarla örüş sahəsini, biçilmiş taxıl zəmilərini və kolluq əraziləri yandırıb.Yanğının yaşayış məntəqələrinə keçməsinin qarşısının alınması məqsədilə zəruri tədbirlər görülüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay rayon bölməsinin canlı qüvvəsi və xüsusi texnikası cəlb olunub.
Hazırda yanğının tam söndürülməsi və alovun daha geniş ərazilərə yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.



