Ölkə

Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi açıqlandı

Gürcüstanda baş verən kütləvi elektrik kəsintisinin İnquri Su Elektrik Stansiyasında (SES) aparılan planlı sınaqlarla bağlı olduğu açıqlanıb.

AZERFAX.AZ xəbər verir ki, “Dövlət Elektrik Sistemi” şirkətinin məlumatına görə, avadanlıqların yoxlanılması məqsədilə elektrik sistemi qeyri-standart rejimdə işə salındığından ölkə üzrə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılıb.

Hazırda Tbilisidə elektrik təchizatı bərpa olunub, digər bölgələrdə isə enerji mərhələli şəkildə bərpa edilir. Kəsinti nəticəsində Tbilisi metrosu və dəmir yolunun fəaliyyətində də fasilələr yaranıb. Abxaziya da İnquri SES-dəki qəza səbəbindən müvəqqəti olaraq elektriksiz qalıb.

Related Articles

Bir cavab yazın

Back to top button