Ölkə

Hakan Fidan Bakıdadır

Türkiyənin xarici işlər naziri Hakan Fidan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə toplantısında iştirak etmək üçün Azərbaycana səfər edib.

AZERFAX.AZ xəbər verir ki, Hakan Fidan sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təmsil edəcək.

Türkiyəli nazir Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov tərəfindən qarşılanıb.

Qeyd edək ki, AQEM-in VII Zirvə toplantısı oktyabrın 15-də Bakıda keçiriləcək. Tədbirdə yekun sənəd kimi “Bakı Bəyannaməsi”nin və əməyin təhlükəsizliyi və sağlamlığı sahəsində əməkdaşlığa dair bəyannamənin qəbul edilməsi, həmçinin Laosun təşkilata yeni üzv kimi qəbul olunmasının elan edilməsi gözlənilir.

Related Articles

Bir cavab yazın

Back to top button