Ölkə
Hava bu tarixdədək qeyri-sabit keçəcək

Azərbaycanda iyul ayında qeyri-sabit hava şəraiti hökm sürür. Ölkə ərazisində sərin və küləkli hava müşahidə olunur. Bəs hava şəraiti nə vaxt normallaşacaq?
AZERFAX.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən AZERFAX.AZ-ın sorğusuna cavab olaraq ilk ongünlüyünün sonlarınadək ölkədə hava əsasən mülayim olacağı bildirilib. Bəzi bölgələrdə arabir yağış yağacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi ərazilərdə isə qısamüddətli leysan və dolu ehtimalı var.
Qeyd olunub ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu il temperaturun 3-8 dərəcə aşağı olacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında 30-33, bölgələrdə isə 35 dərəcəyədək isti hava müşahidə oluna bilər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.