Ölkə

Hörmüzə ABŞ nəzarət edir – Tramp

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının hazırda ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətində olduğunu bildirib.

AZERFAX.AZ xəbər verir ki, Tramp İranı danışıqlarla bağlı “ikiüzlü davranmaqda” ittiham edib. O, bildirib ki, İran əvvəl danışıqlar tələb edir, daha sonra isə heç bir müzakirənin aparılmadığını açıqlayır. Tramp qeyd edib ki, Hörmüz boğazı ABŞ-nin blokadası altındadır və İrana heç nə onların icazəsi olmadan keçə bilməz. ABŞ Prezidenti əlavə edib ki, razılaşma əldə olunmayacağı təqdirdə bu siyasət davam edəcək.

Tramp bir daha vurğulayıb ki, İran heç vaxt nüvə silahına sahib olmayacaq.

Related Articles

Bir cavab yazın

Back to top button