Ölkə

İdarəetməni itirən sürücü avtomobili aşırdı

Gəncə şəhərində sükan arxasında idarəetməni itirən sürücü avtomobilini aşırıb.

AZERFAX.AZ-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Ələkbər bəy Xasməmmədov küçəsində qeydə alınıb.

Belə ki, sürücü Elçin adlı şəxsin idarə etdiyi “Hyundai” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb.

İlkin məlumata görə, qəza zamanı xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Back to top button