İkardi Yunanıstanın məşhur klubuna keçir


“Qalatasaray”dan ayrıldıqdan sonra klubsuz qalan Mauro İkardinin karyerasını harada davam etdirəcəyi ilə bağlı yeni iddia ortaya çıxıb.
AZERFAX.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, Yunanıstanın “Olimpiakos” klubu argentinalı hücumçunun transferi üçün hərəkətə keçib.
Məlumata görə, komandanın əsas hücumçusu Ayub Əl-Kaabinin zədələnməsindən sonra “Olimpiakos” yeni forvard axtarışına çıxıb. Yunanıstan təmsilçisinin diqqətini isə hazırda azad agent statusunda olan İcardi cəlb edib. Tərəflər arasında danışıqların başladığı bildirilir.
İcardinin də transferlə bağlı şərtinin məlum olduğu qeyd edilir. 33 yaşlı futbolçunun “Olimpiakos”dan ən azı 2 illik müqavilə tələb etdiyi iddia olunur.
İkardi “Qalatasaray”da keçirdiyi 4 mövsümdə 137 rəsmi oyuna çıxıb, 77 qol vurub və 25 məhsuldar ötürmə edib. Argentinalı hücumçu İstanbul klubunun azarkeşlərinin sevimlilərindən birinə çevrilib.
İkardinin “Olimpiakos”a keçidi baş tutarsa, ulduz futbolçu karyerasında ilk dəfə Yunanıstanda çıxış edəcək.



