Ölkə

İkinci əl telefon alarkən bu səhvləri etməyin

İkinci əl telefon almaq daha münasib qiymətə keyfiyyətli cihaz əldə etmək üçün yaxşı seçimdir. Lakin yalnız telefonun xarici görünüşünə və qiymətinə baxaraq qərar vermək sonradan əlavə xərcə səbəb ola bilər. Buna görə cihazı almadan əvvəl bir neçə vacib məqamı yoxlamaq lazımdır.

AZERFAX.AZ xəbər verir ki, mütəxəssislərin rəyinə görə, ən çox yol verilən səhvlərdən biri telefonun IMEI nömrəsini yoxlamamaqdır. Nömrənin qutudakı və cihazın özündəki IMEI ilə uyğunluğuna diqqət yetirmək vacibdir. Həmçinin telefonun istifadəsinə hər hansı məhdudiyyət qoyulub-qoyulmadığı əvvəlcədən araşdırılmalıdır.

Batareyanın vəziyyəti də diqqətdən kənarda qalmamalıdır. Batareyanın sağlamlıq göstəricisi aşağıdırsa, telefon daha tez-tez enerji yığmağa ehtiyac duya bilər. Bu isə yaxın zamanda batareyanın dəyişdirilməsi üçün əlavə xərc deməkdir.

Telefonu alarkən yalnız ekrana baxmaq da düzgün deyil. Kamera, mikrofon, dinamik, şarj girişi, Wi-Fi, Bluetooth və mobil şəbəkə mütləq sınaqdan keçirilməlidir. Ekranda ölü piksellərin, çatların və toxunma problemlərinin olub-olmadığı da yoxlanmalıdır.

Digər vacib məsələ cihazın təmir tarixçəsidir. Telefonun əvvəllər açılıb-açılmadığını, ekran və ya digər əsas hissələrinin dəyişdirilib-dəyişdirilmədiyini satıcıdan öyrənmək lazımdır.

Bundan başqa, əvvəlki sahibin hesablarının cihazdan tamamilə silindiyinə əmin olmaq vacibdir. Xüsusilə iPhone və Android telefonlarında hesab kilidi cihazdan istifadəyə mane ola və sonradan ciddi problem yarada bilər.

Mütəxəssislər ikinci əl telefon alarkən tələsməməyi, cihazı yerindəcə hərtərəfli yoxlamağı və həddən artıq ucuz təkliflərə ehtiyatla yanaşmağı tövsiyə edirlər.

Related Articles

Bir cavab yazın

Back to top button