Argentina Finalda

DÇ-2026-nın yarımfinal mərhələsində İngiltərə və Argentina milliləri arasında keçirilən oyun başa çatıb.
AZERFAX.az xəbər verir ki, gərgin keçən qarşılaşmada Argentina 2:1 hesablı qələbə qazanaraq finala yüksəlib.
İngiltərə yığması hesabı 55-ci dəqiqədə Entoni Qordonun qolu ilə açsa da, Argentina Enzo Fernandesin 85-ci və Lautaro Martinesin 90+2-ci dəqiqədə vurduğu qollarla əzmkar qələbə qazanıb.
Qeyd edək ki, Argentina finalda İspaniya ilə qarşılaşacaq. İngiltərə isə üçüncü yer uğrunda görüşdə Fransa ilə üz-üzə gələcək.
***
00:53
DÇ-2026-nın yarımfinal mərhələsində keçirilən İngiltərə – Argentina qarşılaşmasında 3-cü qol vurulub.
AZERFAX.az xəbər verir ki, 90+2-ci dəqiqədə Martinez Argentina yığmasını hesabda önə keçirib – 1:2.
***
00:47
DÇ-2026-nın yarımfinal mərhələsində keçirilən İngiltərə – Argentina qarşılaşmasında hesab tarazlaşıb.
AZERFAX.az xəbər verir ki, 85-ci dəqiqədə Argentinanın üzvü Enzo Fernandez hesabı bərabərləşdirib – 1:1.
***
00:16
DÇ-2026-nın yarımfinal mərhələsində keçirilən İngiltərə – Argentina qarşılaşmasında hesab açılıb.
AZERFAX.az xəbər verir ki, 55-ci dəqiqədə İngiltərə millisinin üzvü Entoni Qordon komandasını hesabda önə keçirib – 1:0.
***
00:05
DÇ-2026-nın yarımfinal mərhələsində keçirilən İngiltərə – Argentina qarşılaşmasının ikinci hissəsi başlayıb.
AZERFAX.az xəbər verir ki, komandalar fasiləyə 0:0 hesabı ilə yollanıblar.
***
23:48
DÇ-2026-nın yarımfinal mərhələsində keçirilən İngiltərə – Argentina matçının ilk hissəsi başa çatıb.
AZERFAX.az xəbər verir ki, komandalar fasiləyə 0:0 hesabı ilə yollanıblar.
***
23:00
DÇ-2026-nın yarımfinal mərhələsində İngiltərə və Argentina milliləri arasında oyun başlayıb.
AZERFAX.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
Bu görüşün qalibi finalda İspaniya millisi ilə qarşılaşacaq.
Məğlub komanda isə üçüncü yer uğrunda oyunda Fransa ilə üz-üzə gələcək.



