Ölkə

iPhone 18-lə bağlı yeni detal sızdı

“Apple”ın gələn ay iPhone 18 Pro, iPhone 18 Pro Max və iPhone Ultra modellərini təqdim edəcəyi gözlənilir. Yeni seriyanın təqdimatına az müddət qalmış iPhone 18 Pro Max-in batareyası ilə bağlı yeni sızma ortaya çıxıb.

AZERFAX.AZ xəbər verir ki, Çindən yayılan görüntülərdə iPhone 18 Pro Max üçün 5 391 mAh tutumlu batareya əks olunub. Bu göstərici daha əvvəl fiziki SIM kart dəstəyi olan model üçün yayılan məlumatla üst-üstə düşür. İddialara görə, yalnız eSIM dəstəyi ilə satışa çıxarılacaq versiyada isə 5 567 mAh batareya olacaq.

Məlumata görə, iPhone 18 Pro modelinin batareyası fiziki SIM kartlı versiyada 4 056 mAh, eSIM versiyasında isə 4 288 mAh təşkil edə bilər. Beləliklə, əsas batareya artımının iPhone 18 Pro Max modelində olacağı gözlənilir. Onun sələfi iPhone 17 Pro Max ilə müqayisədə batareya tutumunun 9-12 faiz artacağı iddia edilib.

Qeyd edək ki, bu məlumatlar “Apple” tərəfindən hələ təsdiqlənməyib.

Related Articles

Bir cavab yazın

Back to top button