Gəncənin 16 sayı orta məktəbində “Son zəng” çalındı.

Gəncənin Mirzə Şəfi Vazeh adına 16 saylı orta məktəbində şagirdlər üçün çalınan “Son zəng” duyğulu anlarla yadda qaldı. Məktəbin 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan tarix müəllimi Rəşad Məmmədovun anasl Rəfiqə müəllimənin “Son zəng” tədbirində çıxışı bütün iştirakçıları kövrəldi.
Bu haqda bir qədər sonra. İndi isə hələlik “Son zəng”in ilk dəqiqələrinə qayıdaq.
16 saylı məktəbdə 2024-2025-ci tədris ilində yeddi 11-ci sinif məktəbi bitirib gələcək həyatlarına vəsiqə qazanırdılar. Hər birinin üzündə bir qədər sevinc, bir qədər kədər, bir qədər təbəssüm, bir qədər üzüntü var idi. Sübh tezdən qalxaraq xüsusi geyimlərdə məktəbə tələsən gənclər həyəcanla tədbirin başlamasını gözləyirdilər.
Hər birimizə tanış olan mənzərələr. Kimisi köynəkləri yazır, kimisi bir birinin lentini düzəldir, kimisi də çıxışlara hazırlaşırdı.
Vaxt çatdı və hamı məktəbin həyətində düzləndilər. 11-cilər isə binanın içərisində toplaşaraq tədbirin başlanmasını gözləyirdilər.
“Son zəng” in xüsusi qonaqları da var idi. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəis müavini Rövşən Kərimov, Gəncə şəhər İcra hakimiyyətinin nümayəndəsi Aynar Ələkbərov və məktəbin 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan tarix müəllimi Rəşad Məmmədovun anasl Rəfiqə Süleymanova şagirdləri təbrik üçün gələnlər arasında idi.
Çıxışlardan öncə xüsusi qaydada məktəbi bitirən siniflərin məzunları növbə ilə məktəbin həyətinə dəvət olundular. Hər kəs öz yerini tutdu.
Tədbir Azərbaycanın Himninin səsləndiririlməsi və Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəis müavini Rövşən Kərimov tədbirdə çıxış edərək bu ilki məzunları təbrik etdi, onlara gələcək həyatlarında uğurlar arzu etdi:
“Siz bu gün uşaqlığın son və gənclik həyatınınızın ilk zəngini eşidəcəksiniz. Aranızda arzuladığı ali məktəblərə daxil olanlar da olacaq, öz bacarıqları ilə yüksək peşə təhsili alaraq müxtəlif sahələrdə çalışmağa gedənlərdə. Arzu edirəm ki, harada olmağınızdan asılı olmayayaraq Azərbaycana layiqli bir vətəndaş kimi yetişəsiniz. Bu gün burada sizlərə 11 il əziyyət çəkən müəllimləriniz, bacarıqlı və qabiliyyətli vətəndaşlar kimi yetişməniz üçün çalışan valideynləriniz var. Onların hər biri sizin uğurlarınıza sevinir və ümid edirlər ki, gələcəkdə hansı sahədə çalışmanığınızdan asılı olmalayaq Vətəmizi sevəcək, onun inkişaf etməsi üçün əlinizdən gələni edəcəksiniz” deyə R. Məmmədov əlavə edib.
Sonra çıxış edən 16 saylı orta məkrəbin direktoru Elnurə Yusifova məzunları və onların valideynləri təbrik etdi. Vurğuladı ki, hər il məktəbimizin məzunları arasında yüksək ballarla ölkəmizin ali təhsil ocaqlarında tələbə adını qazanan şagirdlərimiz var:
“Bu gün hamımız üçün həm sevincli, həm də duyğulu bir andır. Siz 11 ildir ömrünüzün çox hissəsini keçiridiyiniz, valideyn məhəbbəti qədər sevgilərini sizdən əsir gəməyən müəllimlərinizdən, dogma məktəbinizdən, sinif yoldaşlarınızdan ayrılırsınız. Biz müəllimlər də öz növbəmizdə həm kövrəlir, həm qürur duyuruq. Çünki növbəti tədris ilini başa vurub ağıllı, tərbiyəli, bilikli, qabiliyyətli şagirdlər yetişdirərək həyata vəsiqə veririk. Bu il həm də ona görə fərəhlidir ki, biz artıq müstəqil, torpaqları azad edilmiş suveren dövlərin vətəndaşlarıyıq. Bu gün təhsilə və tədrisə yaratdığı bu münbit şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə, vitse prezident Mehriban xanım Əliyevaya, Elm və Təhsil Naziri cənab Emin Əmirullayevə, Gəncə şəhər icra hakimiyyətinin başçısı cənab Niyazi Bayramova, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəisi cənab Elçin Kərimova öz dərin minnətdarılığımızı bildiririk. Söz veririk ki, bundan sonra da ölkəmizin inkişafı üçün öz töhvəsini verə biləcək, layiqli vətəndaşlar yetişdirməyə çalışacağıq” deyə E. Yusufova əlavə edib.
“Düz 60 il bundan öncə mən də sizin kimi məzun olmuşam. Sizə bir sirri açım. Hələ də bu gün gələndə həmin anları xatırlayıram. Bu gün oğlumun tarix fənnini tədris etdiyi, aranızda Azərbaycanın tarixinə olan məhəbbəti aşılayan, canını ölkəmizin tarixinə qızıl hərflərlə yazdıran Rəşad müəllimin yetirmələrinin də olduğu “Son zəng” tədbirində iştirakdan böyük qürur duyuram. Bu gün qəhrəman balamın bacarıqlı və bilikli, qabiliyyətli yetirmələri həyat məktəbinə ilk vəsiqələrini alırlar. Şadam ki, onlar özlərində şəhid müəllimlərinin biliyini və düşüncələrini daşıyırlar. Hər birinizə uğurlar arzu edirəm əziz məzunlar” deyə şəhid anası fikirlərini bölüşdü.
Çıxışlardan sonra 16 saylı məktəbi fərqlənmə diploma bitirən və müxtəlif bilik yarıçlarında fərqlənən şagirdlərə atesstatlar və təşəkkürnamələr təqdim edildi.
Sonra siniflər növbə ilə öz müsiqi nömrələrini təqdim etdilər. Sonda 16 saylı məktəbdə 2024-2025-ci tədris ilində məzun adını qazanalar üçün “Son zəng” çalındı.














