Hadisə
Göygöldə 20 yaşlı gənci “tok” vurdu.

Göygöl sakini bədbəxt hadisə nəticəsində xəstəxanalıq olub. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə rayonun Qızılca kəndinin sakinini elektrik cərəyanı vurub. Belə ki, 2004-cü il təvəllüdlü Nemət Orucov “tok” vurduqdan sonra müxtəlif dərəcəli xəsarətlərlə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisənin hansı şəraitdə baş verməsi müəyyənləşdirlir.