Ölkə

İsveçdə yeni hökumət qurulur

İsveç Parlamentinin (Riksdag) sədri Andreas Norlen hökuməti qurmaq tapşırığını seçkidə ən çox səs toplayan Sosial Demokratların lideri Magdalena Anderssona verib.

AZERFAX.AZ xəbər verir ki, Norlen parlament seçkilərindən sonra bütün səslərin sayılmasının ardından partiya liderləri ilə görüşüb. Görüşlərdən sonra açıqlama verən Norlen Anderssona Riksdagın qəbul edə biləcəyi hökumət formalaşdırmaq tapşırığı verdiyini bildirib.

Qeyd edək ki, rəsmi olmayan nəticələrə görə, Sosial Demokratların rəhbərlik etdiyi Mərkəz Partiyası, Yaşıllar Partiyası və Sol Partiyadan ibarət mərkəz-sol blok seçkidə 49,5 faiz səs toplayıb. Bildirilib ki, bu nəticə 349 yerlik parlamentdə 176 mandat əldə etməyə imkan verib.

Related Articles

Bir cavab yazın

Back to top button