Ölkə

Kim Çen In müasir ordunun yaradılması barədə göstəriş verdi


Şimali Koreya lideri Kim Çen In müasir ordunun yaradılması barədə göstəriş verib.

AZERFAX.AZ xəbər verir ki, o hərbi akademiyadakı çıxışında bildirib ki, ölkəsi bütün növ müharibələrlə mübarizə aparmaq üçün əla imkanlara malik olmalıdır. Çıxışında dünyada mövcud olan çətin təhlükəsizlik mühitinə diqqət çəkən Kim, hərbi təlimlərdə müasir texnologiya və metodların mənimsənilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Şimali Koreya əsgərləri ən son texnologiya silah və texniki avadanlıqlara yiyələnmək üçün təlimlər keçməlidir.


Kim bildirib ki, hərbi akademiya öz tarixini və ənənəsini müasir perspektivlə irəli aparmalı və bu Koreya İşçi Partiyasının ordunu gücləndirmə siyasətinin mühüm bir parçasıdır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button