Ölkə
Lavrov uzun müddət sonra onunla görüşdü


Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində almaniyalı həmkarı İohann Vadeful ilə dörd il yarım ərzində ilk dəfə görüşüb.
AZERFAX.AZ xəbər verir ki, bu haqda TASS məlumat yayıb.
Nyu-Yorkdan yayımlanan kadrlarda diplomatların görüşməsi və əl sıxması əks olunub.
Agentlik qeyd edir ki, Lavrov Almaniyanın xarici işlər naziri ilə sonuncu dəfə 2022-ci il yanvarın 18-də görüşmüşdü.
Həmin vaxt Almaniya Xarici İşlər Nazirliyinə Annalena Berbok rəhbərlik edirdi.


