Ölkə

Məmur olmadan əvvəl hansı vəzifələri tutublar?

Bu gün ölkənin müxtəlif sahələrinə rəhbərlik edən nazirlər illər əvvəl hansı vəzifələrdə çalışıblar? Onların bəzilərinin karyera yolu dövlət qurumlarından, digərlərininki isə özəl sektor və hüquq sahəsindən başlayıb. Tanınmış nazirlərin nazir vəzifəsinə təyin olunmazdan əvvəlki fəaliyyətlərinə nəzər salaq.

AZERFAX.AZ xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov əmək fəaliyyətinə özəl sektorda başlayıb. O, 1995-ci ildən bank sektorunda çalışıb, 1999–2002-ci illərdə isə hüquq şirkətində və özəl sektorda hüquqşünas kimi fəaliyyət göstərib. Daha sonra iqtisadi inkişaf nazirinin müşaviri və AZPROMO-nun prezidenti olub. 2004-cü ildə iqtisadi inkişaf nazirinin müavini təyin edilib. Mikayıl Cabbarov sonrakı illərdə isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə rəhbərlik edib.

Məmur olmadan əvvəl hansı vəzifələri tutublar? -

Fotoda: iqtisadiyyat naziri Mikayıl Cabbarov

Maliyyə naziri Sahil Babayev də karyerasına dövlət idarəçiliyindən əvvəl başlayıb. O, 1999–2006-cı illərdə SOCAR-ın Xarici Sərmayələr İdarəsində çalışıb və bir sıra iri enerji layihələri üzrə müqavilələrin hazırlanmasında iştirak edib.

2006–2009-cu illərdə Milli Məclis sədrinin müavininin köməkçisi olub. Daha sonra İqtisadiyyat və Sənaye Nazirliyində, ardınca isə İqtisadiyyat Nazirliyində nazir müavini vəzifəsində çalışıb. 2018-ci ildə isə Prezident İlham Əliyevin sərəncamı ilə Sahil Rafiq oğlu Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib.

Məmur olmadan əvvəl hansı vəzifələri tutublar? -

Fotoda: maliyyə naziri Sahil Babayev

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin karyera yolu Prezident Administrasiyasından başlayıb. O, 1997–2000-ci illərdə Prezidentin İcra Aparatının müxtəlif struktur bölmələrində çalışıb.

Ardınca Mərkəzi Bankda və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində fəaliyyət göstərib. 2011-ci ildə “Azərkosmos” ASC-nin sədri təyin olunan Rəşad Nəbiyev 2021-ci ildə nazir vəzifəsinə gətirilib.

Məmur olmadan əvvəl hansı vəzifələri tutublar? -

Fotoda: rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev

Mədəniyyət naziri Adil Kərimli isə əmək fəaliyyətinə hüquqşünas kimi başlayıb. O, 1999–2001-ci illərdə “Hüquq ədəbiyyatı” nəşriyyatında hüquq məsləhətçisi, daha sonra Bakı Hüquq Mərkəzində baş hüquq məsləhətçisi işləyib.

Eyni zamanda Bakı Dövlət Universitetində müəllimlik edib və “Great Wall Drilling Company”nin Azərbaycan nümayəndəliyində hüquq departamentinə rəhbərlik edib. Kərimli 2012-ci ildə Heydər Əliyev Mərkəzi direktorunun birinci müavini təyin olunub. 2023-cü ildə isə mədəniyyət naziri vəzifəsinə gətirilib.

Məmur olmadan əvvəl hansı vəzifələri tutublar? -

Fotoda: mədəniyyət naziri Adil Kərimli

Elm və təhsil naziri Emin Əmrullayevin karyerası əsasən təhsil və gənclər sahəsi ilə bağlı olub. O, 2013-cü ildə Təhsil Nazirliyində Keyfiyyətin təminatı sektorunun müdiri kimi fəaliyyətə başlayıb.

Daha sonra Təhsilin inkişafı proqramları şöbəsinə rəhbərlik edib və 2020-ci ilin əvvəlində Təhsil İnstitutunun direktoru olub. Həmin ilin iyulunda isə təhsil naziri təyin edilib.

Məmur olmadan əvvəl hansı vəzifələri tutublar? -

Fotoda: elm və təhsil naziri Emin Əmrullayev

Xarici işlər naziri Ceyhun Bayramov isə uzun müddət hüquq sahəsində çalışıb. O, 1996–2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə işləyib. Daha sonra özəl hüquq şirkətində hüquqşünas, 2002–2013-cü illərdə isə “OMNİ” hüquq şirkətinin direktoru olub.

2013-cü ildə Təhsil Nazirliyinə keçən Bayramov əvvəlcə aparat rəhbəri, daha sonra nazir müavini, 2018-ci ildə isə təhsil naziri təyin edilib. 2020-ci ildən Xarici işlər naziri vəzifəsini tutur.

Məmur olmadan əvvəl hansı vəzifələri tutublar? -

Fotoda: xarici işlər naziri Ceyhun Bayramov

Related Articles

Bir cavab yazın

Back to top button