“Məni iki dəfə vurdu, sonra boğdu”- Şəmkirdə nə baş verir?


Şəmkir rayonunun Xuluf kəndində baş verən ev yanğını ilə bağlı yeni təfərrüatlar üzə çıxıb.
AZERFAX.AZ-ın “Xəzər” TV-yə istinadən verdiyi məlumata görə, hadisənin baş verdiyi ailədə əvvəllər də mübahisələrin yaşandığı bildirilir.
Ev sahibi Nəzakət İsmayılovanın iddiasına görə, oğlu Rauf Vəliyev onunla mübahisə edib və fiziki zorakılıq göstərib. Qadın bildirib ki, mübahisədən sonra qonşunun evinə sığınıb və məsələ ilə bağlı polisə müraciət edilib. Daha sonra isə ona yaşadığı evdə yanğın baş verdiyi barədə məlumat verilib.
Hadisənin dəqiq səbəbləri hələ müəyyənləşdirilməyib.
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində müvafiq ekspertiza təyin edilib və araşdırma aparılır. Ekspertizanın rəyi və araşdırmanın nəticələrinə əsasən hadisəyə hüquqi qiymət veriləcək.



