Ölkə
Məşhur fransız aktyorun həyat yoldaşı vəfat etdi


Fransız aktrisa və müğənni, Vladimir Vısotskinin sonuncu həyat yoldaşı Marina Vladi 88 yaşında vəfat edib.
AZERFAX.AZ xəbər verir ki, aktrisa yaxınları və ev heyvanlarının əhatəsində dünyasını dəyişib.
Vladi Marko Ferreri, Jan-Lük Qodar və Orson Uells kimi məşhur rejissorlarla çalışıb. 1963-cü ildə Kann Film Festivalında “Ən yaxşı aktrisa” mükafatını qazanıb.
Marina Vladi Vladimir Vısotski ilə 1967-ci ildə tanış olub, 1970-ci ildə evlənib. Onların nikahı Vısotskinin 1980-ci ildə vəfatına qədər davam edib.



