Ölkə

Martın 1-nə olan hava proqnozu açıqlandı


Bakıda və Abşeron yarımadasında martın 1-də bəzi yerlərdə arabir qar yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən AZERFAX.AZ-a verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.


Axşam tədricən kəsiləcək, arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturu gecə 3-5° şaxta, gündüz 0-3° şaxta olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam bəzi yerlərdə tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 1-5° isti, dağlarda gecə 10-15° şaxta, yüksək dağlıq ərazilərdə 16-21° şaxta, gündüz 2-7° şaxta olacaq.

Ölkə ərazisində bəzi yollar buz bağlayacaq



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button