Ölkə

​Mask bir gündə 59 milyard dollar itirdi

Milyarder iş adamı Elon Mask rəhbəri olduğu kosmos şirkəti “SpaceX”in səhmlərində baş verən kəskin eniş səbəbindən ciddi maliyyə itkisi ilə üzləşib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə məşhur “Forbes” jurnalı məlumat yayıb. “Forbes”in xəbərinə görə, şirkətin səhmlərinin 6,2 faiz ucuzlaşması nəticəsində Maskın şəxsi sərvəti bir gündə 59 milyard dollar azalıb. Bu sərt düşüşdən sonra onun ümumi kapitalı 994,1 milyar dollara geriləyib və Mask “dünyanın ilk trilyoneri” statusunu itirib.

Buna baxmayaraq, o, böyük maliyyə itkisinə rəğmən “dünyanın ən zəngin insanı” unvanını qorumağı bacarıb. Dünyanın ən varlı şəxsləri siyahısında hazırda onun ən yaxın izləyiciləri olaraq “Google”un qurucuları Larri Peyc 292,7 milyar dollarla ikinci, Sergey Brin isə 270 milyar dollarla üçüncü sırada qərarlaşıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button