Ölkə
Messi bu klubu alır


Lionel Messi İspaniyanın ikinci liqa təmsilçisi “Eldense”nin sahibi olmağa hazırlaşır.
AZERFAX.AZ xəbər verir ki, argentinalı ulduz klubun bütün səhmlərini əldə etmək barədə ilkin razılığa gəlib. Hazırlanan sövdələşməyə əsasən, “Eldense”nin 100 faiz payı Messiyə keçəcək və layihədə başqa investorların iştirakı planlaşdırılmır.
Qeyd olunur ki, razılaşmanın qüvvəyə minməsi üçün İspaniyanın Ali İdman Şurasının təsdiqi də tələb olunur.



