Ölkə

Minlərlə quşu adaya gətirib məhv etdilər

Sakit okeanda yerləşən Kuk adalarında vaxtilə kənd təsərrüfatına zərər verən həşəratlarla mübarizə məqsədilə gətirilən quşlar sonradan ciddi ekoloji problemə çevrilib.

AZERFAX.AZ xəbər verir ki, Atiu adasında aparılan uzunmüddətli tədbirlər nəticəsində 27 mindən çox Adi çığırıq quşu məhv edilib və növün adadakı varlığına son qoyulub. Məlumata görə, Cənubi Asiya mənşəli bu quşlar 1906-cı ildə Taiti vasitəsilə Kuk adalarına gətirilib. Daha sonra 1915- 1916-cı illərdə kokos palmalarının yarpaqlarına zərər vuran çəyirtkələrlə mübarizə aparmaq üçün arxipelaqın digər adalarına da yayılıb. Lakin zaman keçdikcə quşlar həşəratlarla yanaşı, banan və papaya kimi kənd təsərrüfatı məhsulları ilə də qidalanmağa başlayıb. Saylarının sürətlə artması yerli quş növlərinə təzyiq göstərərək ekoloji tarazlığı pozub.

Təxminən 29 kvadratkilometr ərazisi olan Atiu adasında quşların yaşayış məntəqələrini çirkləndirməsi və meyvələrə zərər vurması səbəbindən mübarizə proqramına başlanılıb. Quşlar zəhərli yemlərdən istifadə, tələlərdən və planlı ov üsulları vasitəsilə məhv edilib.

Related Articles

Bir cavab yazın

Back to top button