Ölkə
Mourinyo Arda Gülerlə bağlı gələcək planını açıqladı


“Real Madrid”də çıxış edən milli futbolçu Arda Güler İspaniya mətbuatının gündəmindədir.
AZERFAX.AZ xarici mediaya istinadən xəbər verir ki, türkiyəli mütəxəssis Joze Mourinyo Arda Güler barədə danışaraq onun karyerasının Luka Modriçin yoluna bənzəyə biləcəyini bildirib.
“Ardanın Modriçin yaşadıqlarını yaşayacağını düşünürəm. O, hücumda 10 nömrə kimi başlayacaq, daha sonra 8 və 6 nömrə mövqelərində oynayacaq. Oyunu anlamaq qabiliyyətinə görə karyerasının bu istiqamətdə inkişaf edəcəyini düşünürəm”, – Mourinyo deyib.
Qeyd edək ki, İspaniyanın “Marca” qəzeti də Arda Gülərin hazırlıq mərhələsində “Real Madrid”in ən yaxşı futbolçularından biri olduğunu və Kilian Mbappe ilə yaxşı anlaşdığını yazıb.



