Ölkə

Müdirdən işçilərinə inanılmaz hədiyyə

Hindistanın Kerala ştatında fəaliyyət göstərən “HiLITE Group” 30 illik yubileyini işçilərinə avtomobil hədiyyə etməklə qeyd edib.

AZERFAX.AZ xəbər verir ki, şirkət uzun illər çalışan və fəaliyyəti ilə seçilən 47 əməkdaşına “Range Rover”, “Audi Q8” və “Land Rover Defender” daxil olmaqla müxtəlif avtomobillər bağışlayıb. Məlumata görə, avtomobillər Kerala ştatının Kojikode şəhərində keçirilən yubiley tədbirində işçilərə təqdim olunub. 47 avtomobilin ümumi dəyərinin təxminən 200 milyon rupi olduğu bildirilib. Bildirilir ki, hədiyyələr əməkdaşların şirkətdəki xidmət müddəti və fəaliyyətlərinə verdikləri töhfələr nəzərə alınaraq seçilib. Siyahıda lüks modellərlə yanaşı “Tata Harrier”, “Kia Seltos”, “Hyundai Creta” və “Skoda Kylaq” kimi avtomobillər də yer alıb.

Qeyd edək ki, 1996-cı ildə fəaliyyətə başlayan “HiLITE Group” əsasən daşınmaz əmlak və pərakəndə satış sektorlarında çalışır və hazırda təxminən 10 min nəfəri işlə təmin edir. Şirkət 2022-ci ildə də əməkdaşlarına 28 avtomobil hədiyyə etmişdi.

Related Articles

Bir cavab yazın

Back to top button