Texnologiya

​NASA uzaq planetdə həyat izi aşkar etdi

NASA-ya məxsus “James Webb” kosmik teleskopu Yerdən yüzlərlə işıq ili uzaqlıqda yerləşən planetin atmosferində həyatla əlaqəli ola biləcək maddələrin izlərini aşkar edib.

AZERFAX.AZ xəbər verir ki, İngiltərənin Kembric Universitetinin alimləri Günəşdən başqa bir ulduzun ətrafında dövr edən K2-18b adlı planetin atmosferini tədqiq ediblər. Tapıntılar Yer üzündə yalnız sadə orqanizmlər tərəfindən istehsal olunan molekulların mövcud olduğunu göstərir. Oxşar maddələrin izləri əvvəllər də aşkar edilib, lakin bu dəfə müşahidələr daha güclü siqnallar ehtiva edir. Məlumata görə, tədqiqatçıları atmosferdə həyatla əlaqəli olan dimetil sulfid və dimetil disulfidin molekularını aşkar ediblər.
Yer üzündə bu qazlar dənizdə yaşayan bakteriyalar tərəfindən istehsal olunur.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button