Ölkə
Naxçıvanda ağır qəza – Bir nəfər öldü, səkkiz nəfər yaralandı


Naxçıvanda bir nəfərin ölümü, 8 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZERFAX.AZ APA-ya istinadən xəbər verir ki, hadisə Culfa rayonu Ərəzin kəndi ərazisində baş verib.
Belə ki, 3 avtomobilin toqquşması ilə baş verən qəzada 8 nəfər yaralanıb.
Qəza nəticəsində 2022-ci il təvəllüdlü Quliyev Səid Səlim oğlu ölüb. Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.



