Ölkə

Naxçıvanda daşınmaz əmlakın dövlət qeydiyyatı artıb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 8 113 daşınmaz əmlak üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına alıb.

AZERFAX.AZ xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,8 % çoxdur.

Qeydiyyata alınmış əmlaklardan 3 667-si torpaq sahəsi, 3 078-i fərdi yaşayış və bağ evi, 1 019-u mənzil, 171-i qeyri-yaşayış sahəsi, 166-sı qeyri-yaşayış binası, 12-si isə əmlak kompleksidir.

6 ayda daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastr xidmətlərindən ümumilikdə 1,6 milyon manat xidmət haqqı toplanıb. Bu da 1 il əvvələ nisbətən 112,9 min manat və yaxud 7,2 % çoxdur.

Bundan başqa, hesabat dövründə hüquqi və fiziki şəxslər, eləcə də notariat ofislərindən Dövlət Xidmətinə 9 123 elektron müraciət daxil olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 93 % çoxdur.

Related Articles

Bir cavab yazın

Back to top button