Ölkə
Nazirlik son günlər vətəndaşların bank kartlarına edilən dələduzluq halları ilə bağlı YENİ XƏBƏRDARLIQ ETDİ – VİDEO

Hesabınızda itki riski yaranıb, kartınıza müdaxilə var
AZERFAX.az Xezerxeber-ə istinadən xəbər verir ki, son zamanlar bu kimi dələduzluq halları artıb. Bank kartı istifadəçilərinə şübhəli zənglər edən, mesajlar yazan şəxslər bankların adından hərəkət edirlər. Xarici nömrə ilə əvvəlcədən hazırlanan ssenarilərə əsasən cinayətkarlar vaxtın olmaması üçün tələsik kritik suallar verib təşviş, həyacan yaradırlar
Daxili İşlər Nazirliyindən bildirilib ki kart məlumatları kartın mənsub olduğu bankda var və bank işçisi heç bir halda bu məlumatları soruşmur.
Nazirlik vətəndaşları ehtiyatlı olmağa çağırır. Ətraflı videonu izləyin: