Region

Tovuzlu itkin düşən qız: “Qorxu filmlərinə görə psixologiyam pozulub”

Tovuzda itkin düşən məktəbli Gəncədə tapılıb. Evdən qaçan 13 yaşlı yeniyetmə qız fikrini dağıtmaq üçün evdən qaçdığını söyləyib:

 “Məktəbdən piyada getdim. Sonra bir əmi məni götürdü, Gəncəyə getdik. Orada da əmi izimi itirsin deyə qaçdım. Gecə binanın blokunda qaldım, səhər isə mağazaya gedib yeməyə şirniyyat aldım. Özümü yaxşı hiss edirəm, ailəmə qovuşmuşam. Məni evdə heç kim incitməyib. Qorxu filmlərinə görə psixologiyam pozulub. Hər kəsdən üzr istəyirəm”.

AZERFAX.az Baku Tv-yə istinadən xəbər verir ki, axtarışlar nəticəsində 13 yaşlı qızın yeri Gəncə şəhərində müəyyən edilib və polis əməkdaşları tərəfindən Tovuz rayonuna gətirilərək ailəsinə təhvil verib:

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button