Ölkə
“OBA”da partlayış oldu – Yaralananlar var

Bu gün səhər saat 06:45 radələrində “OBA” marketlər şəbəkəsinin “Binə 3” filialında partlayış baş verib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “OBA” marketlər şəbəkəsinin mətbuat katibi Ülkər Qasımova məlumat verib.
İlkin ehtimala görə, partlayışın qazsızmadan baş verdiyi bildirilir. Hadisə nəticəsində “OBA”nın qeyd olunan mağazasında çalışan iki əməkdaşı xəsarət alıb.
Hazırda hadisənin təfərrüatları araşdırılır. Daha ətraflı məlumat veriləcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.