“Odissey” Nolanın ən çox gəlir gətirən filmi oldu


Kristofer Nolanın “Odissey” filmi dünya üzrə 1,1 milyard dollardan çox gəlir əldə edib.
AZERFAX.AZ xəbər verir ki, “Universal Pictures”in məlumatına görə, ekran əsərinin ümumi kassa gəliri 1,104 milyard dollar təşkil edib. Bununla da film Nolanın əvvəlki rekordçusu olan “Qaranlıq cəngavər: Əfsanənin qayıdışı”nı geridə qoyub. Həmin film 2012-ci ildə 1,085 milyard dollar gəlir əldə etmişdi.
Homerin eyniadlı dastanı əsasında çəkilən “Odissey” filminin premyerası 17 iyul 2026-cı ildə baş tutub. Baş rolda Mett Deymon çəkilib. Filmdə həmçinin Enn Heteuey, Robert Pattinson, Zendaya, Tom Holland, Şarliz Teron və Lupita Nyonqo rol alıblar.
Təxminən 250 milyon dollar istehsal büdcəsi olan film dünya prokatında ilk həftələrdən liderliyini qoruyub.
“Odissey” həmçinin 2026-cı ildə “Universal Pictures”in 1 milyard dollarlıq kassa həddini keçən üçüncü filmi olub.



