Ölkə

Oğurluğa girdiyi iş yerində güllələndi, sonra sahibini məhkəməyə verdi

ABŞ-nin Oreqon ştatının Portlend şəhərində oğurluq məqsədilə girdiyi iş yerində sahibi tərəfindən güllələnən şəxs şirkət və onun sahibinə qarşı 10 milyon dollarlıq təzminat iddiası qaldırıb.

AZERFAX.AZ xəbər verir ki, “The Independent”in məlumatına görə, Kennet Voyles “Touchstone Granite & Marble Inc.” şirkətini və onun sahibi Ceyms Qrantı döymə, hücum, səhlənkarlıq və qəsdən emosional travmaya səbəb olmaqda ittiham edib.

Yerli KPTV telekanalının məlumatına görə, Voyles 5 milyon dollar təzminat və əlavə olaraq 5 milyon dollar cəza xarakterli təzminat tələb edir.

Hadisə martın 6-da baş verib. Həmin vaxt evsiz olan Voyles sığınacaq tapmaq məqsədilə zədələnmiş qaraj qapısından şirkətin binasına daxil olduğunu bildirib. O, iş yerində olarkən bir matkap çantasını götürdüyünü və onu oğurlamaq niyyətində olduğunu da etiraf edib.

Voylesun sözlərinə görə, şirkətin sahibi Qrant onu görüb və aralarında mübahisə yaranıb. O, üzr istədiyini, Qrantın isə ona əşyalar atdığını iddia edib. Bundan sonra qaçmağa çalışdığını deyən Voyles özünü müdafiə etmək üçün yolda bolt kəsən alət götürdüyünü bildirib.

Məhkəmə sənədlərində qeyd olunur ki, Voyles qapıya tərəf qaçarkən qapının kilidli olduğunu görüb. Bu zaman Qrantın silah çıxararaq ona xəbərdarlıq etmədən bir neçə dəfə atəş açdığı, daha sonra isə “Öləcəksən” deyərək yaxın məsafədən yenidən atəş açdığı iddia edilir.

Ağır yaralanan Voylesun qaraj qapısından sürünərək çıxmağa çalışdığı, bu zaman Qrantın ona yenidən atəş açdığı da iddia olunur.

Qrant isə Voylesun ifadələrini rədd edib. O, mart ayında verdiyi müsahibədə Voylesu ofisinin yaxınlığında gördüyünü və onu anbara qədər izlədiyini bildirib. Qrantın sözlərinə görə, Voyles həmin vaxt aqressiv davranaraq əlindəki bolt kəsəni qaldırıb və ona tərəf irəliləyib.

İş yerinin sahibi öz həyatının təhlükədə olduğunu düşündüyünü və Voylesa dəfələrlə yerə uzanması barədə xəbərdarlıq etdiyini, lakin onun tələbi yerinə yetirmədiyini iddia edib.

Related Articles

Bir cavab yazın

Back to top button