Ölkə
Oğuzda çaqqal 56 yaşlı kişiyə xəsarət yetirdi

Oğuzda çaqqal 56 yaşlı kişiyə hücum edib.
AZERFAX.AZ APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xalxalqışlaq kəndində baş verib.
Kənd sakini 1969-cu il təvəllüdlü Nakam Muradov axşam saatlarında çaqqalın hücumuna məruz qalıb. Çaqqal onun ayağına xəsarət yetirib. N.Muradova Oğuz Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib, vaksin vurulub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.