Ölkə

Özbəkistan-Tacikistan aqrar əməkdaşlığı genişləndirəcəklər

Özbəkistan və Tacikistan pambıqçılıq, taxılçılıq və digər kənd təsərrüfatı sahələrində birgə layihələrin icrasını sürətləndirmək barədə razılığa gəliblər.

AZERFAX.AZ-ın məlumatına görə, razılaşma Özbəkistanın kənd təsərrüfatı nazirinin müavini C. Abduzuxurovun Tacikistana səfəri çərçivəsində əldə olunub. Tərəflər kənd təsərrüfatı məhsullarının emalı və ixracı, ərzaq təhlükəsizliyi, aqrologistika və investisiyaların cəlb edilməsi məsələlərini müzakirə ediblər.

Görüşdə iki ölkə arasında pambıqçılıq, taxılçılıq və digər aqrar istiqamətlərdə həyata keçirilən layihələrin vəziyyəti nəzərdən keçirilib. Mövcud layihələrin icrasının sürətləndirilməsi və aidiyyəti qurumlar arasında birbaşa əlaqələrin gücləndirilməsi barədə razılıq əldə olunub.

Səfər çərçivəsində Özbəkistan şirkətləri UPAK EXPO–2026 beynəlxalq sərgisində məhsullarını təqdim ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button