Ölkə

Paşinyan “çəhrayı ponilər dünyası”nda yaşayır

“Ermənistan Baş naziri Nikol Paşinyan və komandası “çəhrayı ponilər dünyası”nda yaşayır”.

AZERFAX.AZ Teleqraf-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Pritçin deyib.

O bildirib ki, Paşinyanın Avropa İttifaqına üzv olmaq arzusu olsa da, bu məqsədin reallaşması mümkün deyil.

Pritçin qeyd edib ki, Avropa İttifaqına üzvlük yolunda Gürcüstan Ermənistandan qat-qat çox iş görsə də, hətta o belə ancaq çox sərt tələbləri yerinə yetirdiyi halda ittifaqa qəbul edilə bilər.

“Ermənistanın hakim komandası Gürcüstanın təcrübəsinə baxmaq istəmir. İrəvanda hamı “çəhrayı ponilər dünyası”nda yaşamağa üstünlük verir”, – politoloq vurğulayıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button