Ölkə

Pegasus Rusiyaya uçuşları bərpa etdi

Türkiyənin Pegasus Airlines aviaşirkəti Rusiyaya uçuşları bərpa edib.

AZERFAX.AZ xəbər verir ki, şirkət sentyabrın 1-dən 2-nə keçən gecə texniki və əməliyyat səbəblərindən ləğv edilən reyslərin sərnişinləri üçün əlavə uçuşlar təşkil edəcək.

Sentyabrın 2-dən etibarən digər reyslərin cədvələ uyğun həyata keçirildiyi bildirilib.

Vnukovo hava limanının məlumatına görə, Pegasus-un İstanbul, Antalya, İzmir və Bodrumdan altı cüt reysi, Turkish Airlines-ın isə İstanbuldan iki reysi ləğv edilib.

Rusiya Turoperatorlar Assosiasiyasının məlumatına görə, Türkiyə aviaşirkətləri Rusiya turistlərinin Türkiyəyə daşınmasının təxminən 50%-ni həyata keçirir.

Related Articles

Bir cavab yazın

Back to top button