Ölkə
Peyvəndlərin autizm yaratması iddiası yanlışdır


Peyvəndlərin autizmə səbəb olması ilə bağlı iddialar elmi araşdırmalarla təsdiqlənmir. Danimarkada 650 min uşaq üzərində aparılan genişmiqyaslı tədqiqat da bu əlaqənin olmadığını göstərib.
AZERFAX.AZ xəbər verir ki, bunu Respublika Pediatriya Mərkəzinin direktoru, Səhiyyə Nazirliyinin pediatriya üzrə mütəxəssis-eksperti Erkin Rəhimov İTV-nin “Xəbərimiz var” verilişində bildirib.
Onun sözlərinə görə, pandemiyadan əvvəl Azərbaycanda peyvəndlənmə səviyyəsi yüksək olub. Lakin pandemiya dövründə yayılan müxtəlif miflər valideynlər arasında narahatlıq və tərəddüd yaradıb.
Erkin Rəhimov valideynləri sosial şəbəkələrdəki məlumatlara deyil, elmi araşdırmalara və etibarlı mənbələrə əsaslanmağa çağırıb.



