Ölkə

Polis əməliyyat keçirdi – Saxlanılan var

Cəlilabadda 18 kq artıq narkotik vasitə aşkarlanıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə DİN-nin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Belə ki, narkotik vasitələrin dövriyyəsinə qarşı Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat keçirilib. Tədbirlərlə saxlanılan 25 yaşlı İskəndər Dadaşovdan ümumilikdə 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Back to top button