Ölkə
Prezidentin təyyarəsi Bakıya məcburi eniş etdi

Serbiya Prezidenti Aleksandr Vuçiçin Qələbə Günü bayramında iştirak etmək üçün Moskvaya uçduğu təyyarə hazırda Bakıdadır.
AZERFAX.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Serbiya mətbuatı məlumat yayıb.
Qeyd olunub ki, Vuçiçin təyyarəsi Rusiyanın hava məkanının bağlanması səbəbindən Moskvaya uça bilməyib.
Hazırda təyyarə Rusiyaya uçuşun davam etdirilməsi üçün icazə gözləyir.
Daha əvvəl AZAL-ın Bakıdan Moskvaya uçan təyyarələrinin hava məkanının bağlı olması səbəbindən gecikdiyi barədə məlumat verilmişdi.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.