Ölkə

Putindən Ukrayna böhranının həlli ilə bağlı açıqlama

Rusiya Prezidenti Vladimir Putin Rusiya ilə Ukrayna arasında razılaşmanın əldə olunması üçün şans olduğunu bildirib.

AZERFAX.AZ xəbər verir ki, Putin bu barədə Vladivostokda keçirilən 11-ci Şərq İqtisadi Forumunda çıxış edib. O, problemin tərəflər arasında həll edilməsinin vacibliyini vurğulayıb. Məlumata görə, Putin ABŞ və Çin də daxil olmaqla digər ölkələrin bu prosesə dəstək verməyə hazır olduğunu qeyd edib. Rusiya lideri ABŞ ilə təmasların davam etdiyini və iki ölkə arasında münasibətlərin tam formatda bərpa olunmasını istədiklərini deyib. Putin Rusiyada zərər görən neft emalı zavodlarının bərpası ilə bağlı işlərin də davam etdiyini açıqlayıb. Onun sözlərinə görə, təmir işlərinin təxminən 10 faizi qalıb.

Putin, həmçinin Almaniyanın Rusiyanın Bonndakı Baş Konsulluğunun fəaliyyətinə xitam verməsi qərarını tənqid edib və Berlin səfirliyinin viza, pasport və notariat xidmətlərini həyata keçirəcəyini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button