Ölkə

“Qalatasaray” – “Fənərbağça” derbisinin tarixi dəyişdi

Türkiyə Super Liqasında mövsümün ilk böyük derbilərindən biri ilə bağlı dəyişiklik edilib. “Qalatasaray”la “Fənərbağça” arasında keçiriləcək qarşılaşmanın tarixi dəyişdirilib.

AZERFAX.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, 9-cu turda keçirilməsi planlaşdırılan “Qalatasaray” – “Fənərbağça” matçı oktyabrın 25-dən 26-na keçirilib. Qərarın İstanbulun müxtəlif ərazilərində oktyabrın 25-də keçiriləcək kütləvi tədbirlər və bununla bağlı təhlükəsizlik tədbirləri nəzərə alınaraq qəbul edildiyi bildirilib.

Böyük maraqla gözlənilən qarşılaşma 26 oktyabr, bazar ertəsi günü saat 21:30-da başlayacaq.

Türkiyə Futbol Federasiyasının açıqlamasında qeyd olunub ki, qərar İstanbul Valiliyinin İl Emniyyət Müdirliyinin sentyabrın 14-də göndərdiyi məktub əsasında qəbul edilib.

Super Liqanın ilk yarısında keçiriləcək digər derbilərin tarixləri də açıqlanıb. Oktyabrın 19-da “Trabzonspor” “Beşiktaş”ı qəbul edəcək. Noyabrın 30-da “Beşiktaş” – “Qalatasaray”, dekabrın 13-də isə “Fənərbaxça” – “Trabzonspor” qarşılaşmaları keçiriləcək.

Related Articles

Bir cavab yazın

Back to top button