Ölkə

“Qalatasaray” ulduz futbolçu ilə anlaşdı

“Qalatasaray” heyətini gücləndirmək üçün “Tottenhem”in seneqallı yarımmüdafiəçisi Pape Matar Sarrın transferi üzərində çalışır.

AZERFAX.AZ xəbər verir ki, 23 yaşlı futbolçu İstanbul klubunun təklifini qəbul edib və şəxsi müqavilənin şərtləri ilə bağlı razılıq əldə olunub. Lakin klublar arasında transfer məbləği ilə bağlı yekun anlaşma hələ əldə edilməyib. Bildirilir ki, “Tottenhem” Sarr üçün təxminən 25 milyon avro tələb edir və “Qalatasaray”ın əvvəlki təklifini rədd edib.

Seneqallı futbolçuya İngiltərədən “Everton”, “Aston Villa” və “Nottingem Forest”in də maraq göstərdiyi qeyd olunur.

Related Articles

Bir cavab yazın

Back to top button