Ölkə
“Qalatasaray” və “Fənərbaxça”nın istədiyi Leao danışdı


“Milan”ın portuqaliyalı futbolçusu Rafael Leao transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
AZERFAX.AZ xəbər verir ki, “Qalatasaray” və “Fənərbaxça” ilə adı hallanan 27 yaşlı hücumçu sosial media hesabında paylaşım edərək transfer iddialarının onun diqqətini yayındırmadığını bildirib. Leao açıqlamasında karyerasının idarə olunmasını uzun müddətdir ailəsinə və vəkillərinə həvalə etdiyini və onun adından yalnız onların danışa biləcəyini vurğulayıb.
Qeyd edək ki, “Milan”ın Rafael Leao üçün 50 milyon avro transfer haqqı tələb etdiyi bildirilir. İtaliya klubunun satınalma şərti ilə icarə təkliflərini qəbul etmədiyi qeyd olunur.



