Ölkə
“Qalatasaray”ın istədiyi Leao qərarını verdi


“Qalatasaray”ın transfer siyahısında yer alan Rafael Leao ilə bağlı yeni məlumat yayılıb.
AZERFAX.AZ xəbər verir ki, portuqaliyalı hücumçunun İstanbul klubuna keçidi artıq razılaşdırılıb. “Sky Sport Italia”nın məlumatına görə, 27 yaşlı futbolçu “Qalatasaray”ı seçmək qərarına gəlib. Bu qərarla İstanbul təmsilçisinin Leao uğrunda mübarizədə digər iddiaçıları geridə qoyduğu bildirilir.
Qeyd edək ki, Rafael Leao ötən mövsüm “Milan”ın heyətində bütün turnirlərdə 31 matça çıxaraq 10 qol vurub və 3 məhsuldar ötürmə edib. Transferin rəsmiləşməsi ilə bağlı yekun detalların yaxın saatlarda açıqlanacağı gözlənilir.



