Ölkə

“Qarabağ” pley-offa yüksəldi – Konfrans Liqası

“Qarabağ” UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksəlib.

AZERFAX.AZ-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda III təsnifat mərhələsinin cavab oyununda Ukraynanın “Dinamo” (Kiyev) kollektivini qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:0.

12-ci dəqiqədə Jali Muaddib hesabı açıb. 69-cu dəqiqədə Aleksey Kaşuk fərqlənib.

Beləliklə, Polşadakı ilk matçda rəqibinə 0:1 hesabı ilə uduzan “Qarabağ” UEFA Avropa Liqasında pley-offa yüksəlib.

“Köhlən atlar” bu raundda “Tvente” (Niderland) – DAK 1904 (Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.

***

21:33

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin “Qarabağ” – “Dinamo” (Kiyev, Ukrayna) oyununda ikinci qol vurulub.

Metbuataz-ın məlumatına görə, Azərbaycan təmsilçisi hesab arasındakı fərqi artırıb – 2:0.

69-cu dəqiqədə Aleksey Kaşuk fərqlənib.

***

21:02

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin “Qarabağ” – “Dinamo” (Kiyev, Ukrayna) oyununda ikinci hissə başlayıb.

AZERFAX.AZ-ın məlumatına görə, Azərbaycan təmsilçisi hesabda öndədir – 1:0.

12-ci dəqiqədə Jali Muaddib fərqlənib.

***

20:50

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin “Qarabağ” – “Dinamo” (Kiyev, Ukrayna) oyununda ilk hissə başa çatıb.

AZERFAX.AZ-ın məlumatına görə, Azərbaycan təmsilçisi fasiləyə öndə yollanıb – 1:0

12-ci dəqiqədə Jali Muaddib fərqlənib.

***

20:14

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin “Qarabağ” – “Dinamo” (Kiyev, Ukrayna) oyununda hesab açılıb.

AZERFAX.AZ-ın məlumatına görə, matçda ilk qolu Azərbaycan təmsilçisi vurub.

12-ci dəqiqədə Jali Muaddib fərqlənib.

***

20:00

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin “Qarabağ” – “Dinamo” (Ukrayna) oyunu başlayıb.

AZERFAX.AZ-ın məlumatına görə, matç Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Qarşılaşmanın baş hakimi ingiltərəli FIFA referisi Stüart Attuelldir.

Xatırladaq ki, komandalar arasında Polşada baş tutan ilk oyun Ukrayna təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

III təsnifat mərhələsində üstün olan tərəf pley-off-da “Tvente” (Niderland) – DAK 1904 (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.

Related Articles

Bir cavab yazın

Back to top button