Ölkə

Quraqlıq çayları və su anbarlarını qurudur

2026-cı ilin yayında Avropanın bir sıra ölkələri ciddi su çatışmazlığı ilə üzləşib.

AZERFAX.AZ xəbər verir ki, Moldovada Dnestr çayının səviyyəsinin kəskin azalması səbəbindən hidroloji həyəcan elan edilib və ölkə strateji su ehtiyatlarından istifadə etməyə başlayıb. Almaniya və Niderlandda da su istehlakına məhdudiyyətlər tətbiq olunub.

Dunay çayının dayazlaşması Rumıniya və Macarıstandakı atom elektrik stansiyalarının fəaliyyətinə risk yaradıb. Reyn çayında suyun səviyyəsinin azalması isə Avropada yükdaşımaları və kənd təsərrüfatını çətinləşdirib.

Ekspertlər böhranın əsas səbəbləri kimi quraqlıq, yağıntıların azalması və iqlim dəyişikliyini göstərirlər. BMT-nin məlumatına görə, dünyada təxminən 4 milyard insan ildə ən azı bir dəfə ciddi su çatışmazlığı yaşayır.

Related Articles

Bir cavab yazın

Back to top button